Aİ rəsmiləri qazın ixrac həcmini artırmaq xahişilə yaxın günlərdə Bakıya gələcəklər 

10:38 31.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada gedən proseslərlə əlaqədar olaraq Rusiyanın Avropaya qaz nəqlini azalda və ya kəsə biləcəyini nəzərə alan Avropa Birliyi yeni tədarükçülərin axtarışına başlayıb. 

Hafta.az-ın "Financial Times"a istinadən yazdığına görə, adı açıqlanmayan avrupalı siyasətçilərdən biri deyib ki, Birliyin enerjidən məsul nümayəndəsi Kadri Simson idxal etdikləri qazın həcmini artırması üçün danışıqlar aparmaq məqsədilə fevral ayının əvvəllərində Azərbaycana səfər edəcək. AB-li siyasətçi onu da qeyd edib ki, Brüssel mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üçün bəzi Asiya ölkələri ilə də görüşlər keçirməkdədir. 
Almaniya Federal Yer Elmləri və Təbii Ehtiyyatlar İnstitutunun (BGR) doktoru Martin Peyn bildirib ki, ölkəsinin rus qazına alternatevi sürətli şəkildə əvəz edə builməsi mümkünsüzdür. "Welt" qəzetinə danışan Peyn, "Qısa vaxtda bu qədər böyük həcmdə enerji qaynağı tapmaq çətindir. Rusiyanın kömür, qaz və neftə sahib olduğu bazar payını sürətlə və tamamilə yeniləmək son dərəcə çətindir və ya ümumiyyətlə mümkün deyil" deyib. 

Siyasət rubrikasından digər xəbərlər